BİRJA

İnvestorlar qiymətli kağızları bu səbəblərə görə seçirlər
12 İYUN
330

İnvestorlar qiymətli kağızları bu səbəblərə görə seçirlər

2018-06-12 14:30:00

Artıq uzun illərdi ki, azərbaycanlı investorlar investisiyalarını daşınmaz əmlaka və ya qızıl  kimi qiymətli əşyalara  yatırmağa üstünlük veriblər. Amma indi bu tendensiyanın qiymətli kağızların xeyrinə dəyişdiyini görürük. Buna səbəb nədir? Fins.az -ın bu sualına cavabı AzFinanace İnvestisiya şirkətinin Diler şöbəsinin rəhbəri Ramil Səmədov verib.

Bunun çox sadə səbəbi var. Sizin əlinizdə 50 min manat pul var. Bu pulu əmanət kimi ilin sonunda 10-11% gəlir qazandıran və emitent riski (yəni şirkətin bağlanma riski) daşıyan və vaxtından əvvəl çıxarış etdikdə qazanılmış faizləri itirəcəyiniz banka qoyarsınız yoxsa vaxtilə illik gəlirliyi 12-15%, hətta 18%-ə kimi qalxan, dövlət təminatlı (yəni dövlət riski), istənilən vaxt bir hissəsini və ya hamısını satıb pula çevirə biləyinizvə çox likvid Maliyyə Nazirliyinin istiqrazlarına yatırım edərsiniz? Hal-hazırda bazarda dövlət istiqrazlarının gəlirliyi 9-10% olsa da insanlar (daha az risk etməyi xoşlayan invetorlar) bu kağızlarla ticarəti davam etdirirlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256