BİRJA

Məşhur milyarderdən kriptovalyutalarla bağlı şok açıqlama
11 İYUN
366

Məşhur milyarderdən kriptovalyutalarla bağlı şok açıqlama

2018-06-11 15:56:00

Maliyyə dünyasının tanınmış nümayəndəsi və Bitcoin həvəskarı Mayk Novoqratz kriptovalyutalarla bağlı proqnozları ilə gündəm yaratmağa davam edir. Son olaraq “Bloomberg”-ə verdiyi açıqlamada bazarla bağlı müxtəlif iddialar səsləndirib. O, kriptovalyutaların ümumi dəyərinin 20 trilyon dollara çatacağını iddia edib.

Novoqratz Bitcoin-in yanvarda sərgilədiyi performans haqqında danışıb. Məşhur investor maraqlı mülahizələr irəli sürüb. Onun fikrincə, Bitcoin və digər kriptovalyutaların ötən ilin sonunda yaşadığı durum “balon” deyildi. Mütəxəssis bu məqsədlə 1996-cı “dot.com” olayını irəli sürüb. Bu hadisə 1999-cu ildə baş verən balondan öncə qeydə alınmış və bazarı 6 trilyon dollar dəyərə çatdırmışdı.

Novoqratz daha sonra kriptovalyuta bazarının bu ilin ortalarında öz rekordunu yeniləyəcəyini söyləyib. O, bazarın ümumi dəyərinin 20 trilyon dollara çatacağını iddia edib. Bildiyiniz kimi, kriptovalyuta bazarının ümumi dəyərinin rekord göstəricisi 900 milyard dollar olub.

Novoqratzın mövzuyla bağlı açıqlaması aşağıdakı kimidir:

“Kriptovalyutalar qlobal təbiətə malik inqilabdır. İnternet balonu yalnız ABŞ-a məxsus proses idi. Bu fenomenə aid olanlar yalnız amerikalı varlılarıydı. Lakin kriptovalyutalar qlobal xüsusiyyətə malikdir. Banqladeşdə kriptovalyuta satın alan uşaqlar var. Tokio, Cənubi Koreya, Çin, Hindistan və ya Rusiyada çoxlu kriptovalyuta istifadəçisi var. Belə bir şeyin balon düzəltməsi üçün 20 trilyon dollara çatması lazımdır”.

Novoqratz iddialarının asanlıqla həyata keçməyəcəyini də əlavə edib. Milyarder investor institusional investorların kriptovalyuta tələblərinin artdığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250