BİRJA

Yeni Bitcoin proqnozu gəldi: İlin sonunda qiymət…
10 İYUN
615

Yeni Bitcoin proqnozu gəldi: İlin sonunda qiymət…

2018-06-10 01:12:00

“Fundstrat Global Advisors”-un ortaqlarından olan Tom Li kriptovalyutaların gələcəyi ilə bağlı proqnozlar verib.

Li Bitcoin-in ilin sonunda 25 min dollar olacağını və 2022-ci ilədək 125 min dolları keçəcəyini iddia edib.

Tom Linin bu təxminləri etibarlıdırmı?

“Fundstrat” iyulda Bitcoin-in sürətlə artacağını əks etdirən hesabat yayımlayıb. Hesabata görə, “düzəliş hərəkətləri”ndən sonra Bitcoin-in qiyməti ilin ikinci yarısında yüksəlməyə davam edəcək.

Bundan sonra Li “Bitcoin ilin ikinci yarısında daha çox istifadə olunacaq. Buna görə, qiyməti artacaq”, – deyə bildirib.

Mütəxəssis ən dəyərli kriptovalyutaların Bitcoin və Ethereum olduğunu və investorların bu iki böyük kriptovalyutaya diqqət ayırmalarının vacibliyini vurğulayıb. Onun fikrincə, investorlar bu iki kriptovalyutaya sərmayə qoysalar, uzunmüddətli perspektivdə böyük qazanc əldə edə bilərlər. Li həmçinin bunları qeyd edib:

“Bitcoin-in ən aşağı səviyyəsinin 9000 dollar olacağını düşünürük. Biz də qiymət bu səviyyəyə çatdıqda investisiya qoyacağıq”.

Təəssüf ki, Linin bu proqnozu özünü doğrultmadı və Bitcoin bu il az qala 6000 dollaradək endi. Hazırda isə 7600 dollar civarındadır.

Tom Li daha çox investorun kriptovalyuta dünyasına girəcəyini düşündüyü və Bitcoin-in ən üstün tutulan kriptovalyuta olduğunu bildiyi üçün proqnozlarını hər dəfə yüksəldir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267