BİRJA

Putin kriptovalyutalarla bağlı suallara cavab verdi
08 İYUN
355

Putin kriptovalyutalarla bağlı suallara cavab verdi

2018-06-08 13:30:00

Rusiya prezidenti Vladimir Putin kriptovalyutalar haqda suallara ziddiyyətli cavablar verib.

Dünən təşkil olunan proqramda rus bloger Artyom Koxolikov Putinə bu sualları verib:

Rusiyanın öz kriptovalyutası olacaqmı? Olsa, Rusiya hökuməti tərəindən idarə olunacaq? Yaxın gələcəkdə kriptovalyutalar nominal pulların yerini ala biləcəkmi?

Putin ilk suala Rusiyanın öz kriptovalyutasının olmayacağını söyləməklə cavab verib. Mədənçilərlə bağlı tənzimləmə aparılmayacağını, ancaq mədənçilik mövzusunda ehtiyatlı olacağını söyləyib.

Kriptovalyutaların günlük ödənişlərdə istifadə edilməsi haqda danışaraq yalnız Yaponiyanın bu sahədə qismən irəlilədiyini, digər ölkələrdə geniş istifadə edilmədiyini bildirib:

“Rusiya Federasiyasının Mərkəzi Bankı kriptovalyutaları ödəniş və ya dəyər saxlama vasitəsi kimi görmür. Kriptovalyutalar hər hansı bir şeyə əsaslandırıla bilir. Dünyadakı yenilikləri təqib etməyimiz lazımdır, ancaq Rusiyanın bu sahədə inkişaf tərəfdaşı ola biləcəyi yollarını axtarmaq lazımdır”.

Putin Rusiyanın Qərbin maliyyə sanksiyalarından xilas olması üçün kriptovalyutaların istifadə istifadə yollarının tapıla biləcəyini qeyd edib.

Bu, Putinin iştirak etdiyi 16-cı canlı sual-cavab proqramı olub. Televiziya kanalı xalqın prezidentə sual ünvanlaması üçün imkan yaradır və suallar əvvəlcədən seçilir. Kriptovalyutaların müzakirə edilməsi onların yaxın gələcəkdə siyasi sferada daha çox müzakirə ediləcəyinə işarədir.

Hökumət tərəfindən hazırlanan ilk kriptovalyuta fikri ölkədə 2015-ci ildən bəri müzakirə olunur. “CryptoRuble” və “BitRuble” kimi adlar ortaya atılıb. Həmçinin, parlamentdə kriptovalyutalar və blockchain ilə əlaqəli qanun layihəsi hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256