BİRJA

Bakı Fond Birjasının dövriyyəsi artıb
07 İYUN
176

Bakı Fond Birjasının dövriyyəsi artıb

2018-06-07 11:10:00

Yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9,95 milyard manat olub.

BFB-dən  bildiriblər ki, son bir ildə bağlanmış əqdlərin sayı isə 62 faiz artaraq 48 min 552-yə çatıb. Bu müddətdə BFB-nin dövriyyəsinin 4,291 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 4,932 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 67 milyon manat, borc alətləri bazarı 283 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 378 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256