BİRJA

TRON vəd etdiyi mükafatı 10 milyon dollara qaldırdı
03 İYUN
296

TRON vəd etdiyi mükafatı 10 milyon dollara qaldırdı

2018-06-03 23:23:00

TRON nəhayət ki, öz əsas şəbəkəsini hazırladı. Təsisçi Castin San iddialı açıqlamalarla yadda qalır. O, yeni şəbəkədə hər hansı nasazlıq tapan istiadəçinin 100 min dollarla mükafatlandırılacağını bildirib.

Rəsmi məlumatda bu mükafatın TRON əsas şəbəkəsində “texniki açıqlıqları və və ya zəif nöqtələri” tapmaq məqsədilə təsis olunduğu qeyd olunub. TRON şəbəkəsi 2 gün əvvəl fəaliyyətə başladı və hadisələr Castin San tərəfindən canlı təqdim olundu. Mütəxəssis komandanın bunun üçün gündə 12 saat və həftədə 6 gün işlədiyini diqqətə çatdırıb.

Belə böyük layihənin 6 ayda tamamlanması bəzi səhvlərin ola biləcəyindən xəbər verir. Ən azından belə ehtimal var. Bundan dolayı San qüsuru tapanların mükafatlandırılacağını söyləyib.

“Bütün tərtibatçılara üzümü tuturam. TRON əsas şəbəkəsi “GitHub”-da nümayiş olunur. Burada səhv tapan hər kəsə 100 min dollar mükafat veriləcək. Ən yaxşı oyununuzu oynayın”.

Bir gün sonra San mükafatın 10 milyon dollara yüksəldiyini açıqladı. Mütəxəssis şəbəkənin təhlükəsizliyinə o dərəcədə inanır ki, belə böyük mükafatı elan edə bilir. Mövzuyla bağlı bloq belədir:

“Potensial nasazlıqlarla bağlı nəsə tapsanız, lütfən, bizimlə əlaqə saxlayın və mümkün olan ən qısa müddətdə Tron Xəta Mükafatı Proqramına qatılın ki, mükafatınızı ala biləsiniz”.

Bu mükafat bazarda şok effekti yaratdı. Hamı TRON bu pulları itirib itirməyəcəyini düşünür. 51% hücumlarının artdığı vaxtda TRON-un bu cəsur addımı şəbəkəyə olan inamdan qaynaqlanır.

Məlumata görə, Bytecoin və Bitcoin Private kimi coinlərə 1 saatlıq 51% hücumu etmək çox ucuz başa gəlirdi, lakin əsas məsələ hücum nəticəsində ələ keçirilən pulların dəyəri idi.

Önümüzdəki günlərdə TRON şəbəkəsində oxşar hücumun olduğunu və ya nasazlığın aşkarlanıb aşkarlanmadığını zaman göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256