BİRJA

250 milyon manatlıq istiqraz yerləşdirilib - HƏRRAC
30 MAY
255

250 milyon manatlıq istiqraz yerləşdirilib - HƏRRAC

2018-05-30 15:48:00

30 may 2018-ciil tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50102167S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 621 385 200,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%)müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000.000 AZN təşkil edib.

Notların ödəmə tarixi 27.06.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258