BİRJA

Şotlandiyada kriptovalyuta treyderlərinə müalicə olunmaq təklif edilir
29 MAY
120

Şotlandiyada kriptovalyuta treyderlərinə müalicə olunmaq təklif edilir

2018-05-29 17:45:00

Şotlandiyanın (Böyük Britaniya) “Castle Craig Hospital” xəstəxanası kriptovalyuta sahəsində fəaliyyət göstərən treyderlər üçün müalicə kursu hazırlayıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb . 

Ekspertlər hesab edirlər ki, rəqəmsal aktivlərlə ticarət insanda tədricən qumar oyunlarına bağılıq da yarada bilər.

“Castle Craig Hospital”dan verilən məlumata görə, hələ ki, kriptovalyuta "xəstə"lərinin sayı dəqiq deyil. Baxmayaraq ki, dünyada 13 mln. nəfərin kriptovalyuta birjalarında ticarətlə məşğul olduğu sirr deyil. 

“Castle Craig Hospital”ın terapevti Kris Bernin fikrincə, kriptovalyuta bazarındakı volatillik treyderlər üçün psixoloji gərginlik yaradır və təhlükəlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267