BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
29 MAY
130

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-05-29 17:15:00

29 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106009696 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 90.3179 AZN (13.0000%) və 98.7208 AZN (9.5000%) olan 14 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.9632 AZN (9.8000%), orta ölçülmüş qiyməti 98.4631 AZN (9.6071%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 955 800,00 AZN, yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  25 may 2021-ci  il.

Hərrac iştirakçıları 30 may 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272