BİRJA

Brent markalı neft hazırda bu qiymətə ticarət olunur
28 MAY
298

Brent markalı neft hazırda bu qiymətə ticarət olunur

2018-05-28 13:44:00

 Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Fins.az xəbər verir ki, hazırda London Birjasında “Brent” markalı xam neftin iyul fyüçerslərinin qiyməti 1,29 dollar, yaxud 1,69% ucuzlaşaraq 75,15 dollar/barel olub.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı neftin iyul fyüçerslərinin qiyməti 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dolar/ barel təşkil edib.

Ekspertlər neftin ucuzlaşmasını OPEC+ razılığının şərtlərinin yumşaldılması ehtimalı və ABŞ-da aktiv neft quyularının sayının artması ilə əlaqələndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256