BİRJA

Satoşi Nakamoto bu şəxsdir? – “O qədər pulum var ki..”
27 MAY
903

Satoşi Nakamoto bu şəxsdir? – “O qədər pulum var ki..”

2018-05-27 23:13:00

Paytakt Kiqalidəki “Transform Africa Summit 2018”-də çıxış edən avstraliyalı iş adamı Kreyq Rayt blockchain texnologiyasından istifadə edərək Afrikanı dəyişdirə biləcəyini iddia edib.

Həqiqi Satoşi Nakamotonun o olduğunu və Bitcoin Cash-in Bitcoin-dən daha üstün olmasını iddia edən Rayt kriptovalyuta dünyası üçün ciddi simalardan sayılır.

Özünü blockchain ödəmə şəbəkəsi Stellar ilə müqayisə edən Rayt tamaşaçılara bunları bildirib:

“Sərbəst ticarəti inkişaf etdirib, buna icazə verə bilərsiniz. Ölkənizin daha gəlirli olması üçün bunu reallaşdıra və yaxud gözləyib pulunuzu başqa bir çox insana qazandıra bilərsiniz”.

Daha sonra qalmaqallı açıqlamanın davamını belə gətirib:

“Bunu ədalətli şəkildə söyləyirəm. Çünki sizin ölkənizdəkindən daha çox pulum var”.

Kreyq Rayt: Afrikada 20-30 il qalmaq niyyətindəyəm

Mayın 10-da baş tutan konfransdan sonra Raytın açıqlaması haqda müzakirələr davam edir. “Twitter” analitiki Dennis Parker Raytı belə ifadə edib: “Fırıldaqçı, ruhi xəstə və saxta Satoşi”.

Buna baxmayaraq, Rayt tamaşaçıları öz intuisiyasına inandırmağa çalışıb.

Şəxsi sərvəti ilə bağlı açıqlamasından əvvəl bunları bildirib:

“Uzun müddətdir burada olmağı planlaşdırıram və 20-30 il qalıb, sizə bəzi həllər təqdim edəcəm”.

Apreldə Ethereum-un qurucusu Vitalik Baterin konfransların birində Raytı “saxtakar” adlandırıb, onun çıxışına icazə verilməli olmadığını söyləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256