BİRJA

BFB-nin Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub
25 MAY
207

BFB-nin Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub

2018-05-25 11:57:00

Bakı Fond Birjasının Kapitalbazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – ListinqMəsləhət Proqramı (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulmuşdur.

Bununla əlaqədar olaraq, tərəflər arasında 25 May 2018-ci il tarixində Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmışdır.

Qeyd edək ki, The Finsbury Group Limited Böyük Britaniya şirkəti olmaqla PR və investorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşmışdır, həmçinin 15-dən çox ölkədə rəsmi nümayəndəlikləri mövcuddur. Sazişə əsasən Finsbury şirkəti Bakı Fond Birjasının  Listinq Məsləhət Proqramı çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulması və PR xidmətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272