BİRJA

Sabah Bakı Fond Birjası səhmdarlarına hesabat verəcək
24 MAY
201

Sabah Bakı Fond Birjası səhmdarlarına hesabat verəcək

2018-05-24 14:46:00

Sabah saat 15:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək. Fins.az BFB-yə istinadən xəbər verir ki, yığıncaq paytaxtdakı hotellərdən birində olacaq.

Yığıncağın gündəliyinə birjanın 2017-cı ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256