BİRJA

2019-cu ildə neft bu qiymətə olacaq
24 MAY
335

2019-cu ildə neft bu qiymətə olacaq

2018-05-24 11:54:00

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır". Fins.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq kredit agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib.

“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə D. Perevezentsev vurğulayıb.

 Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq.

"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar civarında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254