BİRJA

Bazar ağlasığmaz vəziyyətə çatdı
24 MAY
265

Bazar ağlasığmaz vəziyyətə çatdı

2018-05-24 11:39:00

Bu səhər həftənin real mənzərəsi müəyyənləşdi. Canlanma əvəzinə eniş yaşandı. Ucuzlaşmanın mayın sonunadək davam etməsi gözlənilir. Bazar ağır zərərlərlə üz-üzədir. Bu durum həftənin sonunadək davam edəcəkmi?

Bazar bu narahatlıq doğuran iqlimdən nə vaxt xilas olacaq?

Bunun gec-tez baş verəcəyi gözləniləndir. Yaxın müddətdə ciddi yüksəliş isə elə də inandırıcı deyil.

Bitcoin 7.893 dollara endi və 5,3% ucuzlaşdı. Gələcəkdə müqavimət səviyyəsinin 8000 dollar olacağı gözlənilir. Bu baş versə, 9000 dollara yüksəlmə ehtimalı yüksək olacaq.

Bazar ağır zərərlə üz-üzədir

Ethereum-da da eniş müşahidə olunur. 9% ucuzlaşaraq 633,4 dollara çatıb. Bitcoin kimi bu nöqtədə müqavimət göstərəcəyi gözlənilir. Ethereum daha əvvəl 1000 dollara çatmağa yaxın idi, hazırda isə çox geridədir. Belə proseslər bazarda gərginliyin yaranmasını göstərir.

Bitcoin Cash və EOS da dəyər itirir. Bitcoin Cash 11,5% enişlə 1.053 dollara çatıb. EOS isə 10,8% ucuzlaşaraq 11,6 dollaradək enib.

Bu durum həftə sonu davam edəcəkmi?

Bu depressiv tendensiya bazarlarda davam edir. Rəqəmlərin necə dəyişməsini diqqətlə izləməliyik. Bu tendensiya bir qədər də davam etsə, proseslər çox qəlizləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251