BİRJA

İnvestisiya Şirkətinə yeni icraçı direktor təyin edilib
22 MAY
310

İnvestisiya Şirkətinə yeni icraçı direktor təyin edilib

2018-05-22 15:47:00

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə (AİŞ) yeni icraçı direktor təyin edilib. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu, Allahverdi Paşayevdir.

O, bundan əvvəl İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, AİŞ-ə rəhbərlik edən Rövşən Nəcəf Prezident İlham Əliyevin bu il mayın 11-də imzaladığı sərəncamla Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258