BİRJA

Rusiya Türkiyəyə bitkoinlə buğda satdı
22 MAY
277

Rusiya Türkiyəyə bitkoinlə buğda satdı

2018-05-22 14:45:00

Keçən ilin dekabr ayında Rusiya və Türkiyə arasında kriptovalyuta ilə ilk ticarət əməliyyatı baş tutdu: Türkiyə bitkoin ödəyərək buğda aldı. 

Samsun operatorundan alınan 3 min ton rus taxılına ödəniş etmək üçün ticarət əməliyyatı, böyük yükdaşımalar sahəsində blokçeyn rəqəmsal texnologiyası ilə test tranzaksiya kimi Prime Shipping Foundation şirkəti tərəfindən Quorum Capital Ltd. və İnterchart LLC-nin əməkdaşlığı ilə həyata keçirilmişdir.

Texniki detallar açıqalnmır. Hələlik bu məlumdur ki, kənd təsərrüfatı mallarının alqı-satqısı zamanı kriptovalyutadan istifadə, dünya valyutalarını bitkoinə və əksinə anında konvertasiyasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256