BİRJA

Universitetlərə qəbul imtahanında Bitcoin ilə bağlı suallar veriləcək
21 MAY
275

Universitetlərə qəbul imtahanında Bitcoin ilə bağlı suallar veriləcək

2018-05-21 11:14:00

Bitcoin sevərlərin sayı daha da arta bilər. Hollandiyada təxminən 200 min nəfərin iştirak etdiyi ali təhsil üçün keçid imtahanında Bitcoin ilə bağlı sual daxil edilib. Tələbələrə Bitcoin-in nə olduğu və necə çıxarıldığı barədə məlumat verilib.

Hollandiyada ali təhsil üçün keçid imtahanında Bitcoin ilə bağlı sualın mətni belədir:

Bitcoin onlayn rəqəmsal valyutadır. 1 yanvar 2009-cu ildə bazara çıxarılan Bitcoin internetdə rəqəmsal ödəniş metodu kimi istifadə olunur. Mərkəzi banklar tərəfindən çap edilən ənənəvi valyutalardan fərqlənir. Əksinə, müəyyən alqoritmlərin kompüterlərlə həlli nəticəsində yaranır. Hər kəs kompüter vasitəsilə Bitcoin istehsal edə bilər. Alqoritmdə problemi həll edən kompüter istifadəçisi mükafat olaraq 25 Bitcoin-ə sahib olur. 2014-cü ildə bir problem 10 dəqiqə ərzində həll edilirdi. 1 yanvar tarixində təxminən 12,2 milyon Bitcoin çıxarılmışdı.

İmtahandakı suallardan bir neçəsi bu şəkildədir.

1. Bitcoin blok mükafatı nə vaxt 1 Bitcoin-dən aşağıya düşəcək?

2. 18 milyonuncu Bitcoin nə vaxt istehsal olunacaq?

3. Dövriyyədə ola biləcək ümumi Bitcoin sayını tapın.

Universitetə ​​keçid imtahanındakı Bitcoin sualı Hollandiyanın rəsmən Bitcoin-i tanımasından sonra proqrama salınıb. Bu ilin mart ayında Amsterdam Ali Məhkəməsi Bitcoin mədənçiliyi ilə bağlı prosesdə Bitcoin-in əmlak dəyəri daşıdığına qərar verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256