BİRJA

Rusiyadan kriptovalyutalarla bağlı vacib qərar
19 MAY
1913

Rusiyadan kriptovalyutalarla bağlı vacib qərar

2018-05-19 18:25:00

Rusiyanın baş naziri Dmitri Medvedev uzun vaxtdır gözlənilən kriptovalyutalarla bağlı tənzimləmələrin ilkin işartılarını verib. Səlahiyyətlilər “kriptovalyuta” və “token” kimi terminlərin dəqiqləşdiriləcəyini bildirirlər. Mövzuyla bağlı qanun layihəsi Dumaya təqdim edilib.

Həlli yolunu tapmayan problemlər və Rusiyanın kriptovalyutalarla bağlı tənzimləmələr üzərində fəaliyyəti uzun müddətdir davam edir. ICO-lar və mədənçiliyi əks etdirən qanun layihəsi daha əvvəl Dumaya təklif edilmişdi. “Parlamentskaya Gazeta”-nın məlumatına görə, Maliyyə Bazarı Komitəsi tərəfindən hazırlanan token satışlarının qanuniləşdirilməsi ilə bağlı qanun da qəbul edilib.

Kriptovalyutalar bir neçə ölkədə qadağan olunmağa çalışılsa da, məşhurluqları danılmazdır. Medvedevin açıqlamasına görə, Rusiyanın “rəqəmsal maliyyə aktivləri” ilə bağlı yeni tənzimləmələrində alışılan terminlər istifadə olunmayacaq:

“Əsas şərtləri gücləndirməli və onları hüquqi dilə uyğunlaşdırmalıyıq. Buna görə də “kriptovalyuta” və “token” kimi ifadələrin yerinə “rəqəmsal valyuta” və “rəqəmsal hüquqlar” kimi daha çox hüquqi anlayışlar inkişaf etdiririk”.

Hər şeyi tənzimləmək əks effekt verə bilər

Baş nazir açıqlamasında rublun gələcəkdə də Rusiyanın yeganə hüquqi ödəniş vasitəsi olacağını, lakin rəqəmsal mühitdə əldə edilən razılaşmalara da diqqət ayırıldığını vurğulayıb. Onun fikrincə, tənzimləmələrlə sui-istifadələrə qarşı müdafiə yaranacaq, aktivlərin nəzarətsiz rəqəmsal media vasitələrinə köçürülməsinin qarşısı alınacaq və vergitutma üçün əsas təşkil olunacaq.

“Rəqəmsal dünyadakı hər şeyi tənzimləmək cəhdləri zərərli nəticələr verir. Rəqəmsal dünya sürətlə dəyişir. Biz də buna müdaxilə etmədən bəzi əsas şərtləri müəyyən edərək çevik bir qanun hazırlamalıyıq. Bu tarazlığa nail olmaq çox çətindir”.

Tənzimləyicilər kriptovalyuta bankomatlarını kimlərin istifadə etdiyini bilmək istəyirlər

Rusiyanın federal maliyyə tənzimləyicisi “Rosfinmonitoring” kriptovalyuta birjaları və ATM-lərini istifadə edən şəxslər üçün zəruri ID tətbiqlərini istifadəyə verməkdə israrlıdır.

Qurumun idarəetmə direktoru Vladimir Qlotovun fikrincə, mövcud identifikasiya prosedurları kriptovalyuta investorları üçün də keçərli olmasının vacibliyini ifadə edib:

“Bizim işimiz şəxsi tanımaq, əməliyyatlara baxmaq və çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi ilə bağlı əməliyyatın olub-olmadığını araşdırmaqdır. Buna görə çox diqqətliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267