BİRJA

Bu zavod səhmdarlarına hesabat verəcək
19 MAY
227

Bu zavod səhmdarlarına hesabat verəcək

2018-05-19 18:15:00

İyunun 29-da, saat 11:00-da “Qaradağ Maşınqayırma” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Fins.az

“Report”-a istinadən  xəbər verir ki, yığıncaq zavodun yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi, 13 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2017-ci ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi və qarşıda duran məsələlərin müzakirə olunması daxildir.

Xatırladaq ki, “Qaradağ Maşınqayırma” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 243 506 manatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269