BİRJA

Ukrayna kriptovalyutaları qanuniləşdirir
18 MAY
193

Ukrayna kriptovalyutaları qanuniləşdirir

2018-05-18 12:56:00

Ukrayna parlamentinin üzvü Aleksey Muşak “Facebook” vasitəsilə verdiyi açıqlamada ölkəsinin qanuni hala gətirmək üçün qanun layihəsi hazırlamaqda olduğunu bildirib.

Muşak qanun layihəsinin bir nüsxəsini paylaşaraq oxucuların kriptovalyuta bazarı üçün təqdim edilən tənzimləmələr haqqında şərh yazmasını istəyib:

“Ukraynada kriptovalyutalar və rəqəmsal tokenlər üçün şərtləri müəyyən etmək ərəfəsindəyik. Bir çox toplantının və yüzlərlə insanın çalışmasının son nəticəsi budur. Ancaq hala həll edilməli vacib olan bir çox detal var. Sizdən bununla bağlı fikir bildirməyinizi istəyirəm. Bazar iştirakçılarının rəyləri xüsusi önəm daşıyır”.

Əlaqədar sənəd hədəflənən qanunun Ukrayna daxilində “sərbəst və şəffaf” bir kriptovalyuta bazarı yaratmağı hədəflədiyi deyilir. Qanun layihəsində çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər oxşar hadisələrin qarşısının alınması üçün tənzimləyici tədbirlərə də yer ayrılıb.

Yalnız kriptovalyutalarl bağlı olmayan qanun layihəsində rəqəmsal cüzdan texnologiyasına (DLT; Digital Ledger Technology) da istinad edilib.

Təklif “Facebook”-da paylaşılandan sonra istifadəçilərin minlərlə şərhinə səbəb olub. Bu şərhlərdən biri ICO-ların digər kriptovalyutalardan ayrı tutulması lazım olduğunu ifadə edib, bunun səbəbi kimi ICO-larla bazara yayılan “geniş miqyasda fırıldaqçılıq” ünsürü olan kriptovalyuta dünyasına etibarı sarsıtması ilə əlaqələndirilməsidir.

Mayda Ukrayna Milli Fond və Birja Komissiyası (SSMCS) kriptovalyutaları maliyyə məhsulu olaraq görə biləcəyini qeyd etmişdi. Tənzimləmələrin milli səviyyədə aparılacağı bildirilirdi.

Yanvar ayında Ukrayna Milli Bankı (NBU) milli pul vahidi qrivnanın blockchain-ə əsaslanmayan və dövlət dəstəyi olmayan rəqəmsal versiyasını çıxarmağı düşündüklərini açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256