BİRJA

“Bitcoin internetin müstəqil valyutası ola bilər”
18 MAY
105

“Bitcoin internetin müstəqil valyutası ola bilər”

2018-05-18 12:43:00

Twitter” və “Square”-nin baş icraçı direktoru Cek Dorsi Bitcoin-in internetdə ən çox istifadə edilən valyuta olacağına ümid etdiyini bildirib.

“Consensus 2018”-də danışan Cek Dorsi Satoşi Nakamotonun “white paper”-ini ilk dəfə oxuduğunda tam olaraq parçaları yerləşdirilmədiyini, ancaq sonradan fikrin onu həyəcanlandırdığını qeyd edib. Dorsi Bitcoin dəstəkçilərindən hesab olunur.

“İnternetin özünəməxsus valyutasının olmasını düşünürəm. Bu, bir gün reallaşacaq. Ancaq onun Bitcoin, yoxsa digər valyuta olacağını zaman göstərəcək. İstəyirəm ki, məhz Bitcoin olsun”.

Dorsi kredit kartı ödəniş sistemi “Square”-ni keçmiş işçisi ilə birgə qurub və “Square” sisteminə Bitcoin-i də daxil etmək istədiyini söylədi. Şirkətdə mühəndis vəzifəsini icra edən Mayk Brokla birlikdə Square Cash platformasına qısa zamanda Bitcoin-i əlavə etdi. Dorsi Bitcoin ödənişlərinin nominal pul ödənişləri qədər sürətli olacağını düşündüyünü vurğulayıb.

“Square” əvvəlcə sadə bir ödəniş sistemi olaraq düşünülmüşdü, lakin insanlar pullarını Square Cash-də saxlamağa başladı. “Square” qrupu platformanın daha da böyüyə biləcəyini anladıqda səylərini sürətləndirdi. 2017-ci ildə Bitcoin ilə uyğun hala gətirilməsi də bu yolda atılan ən vacib addımlardan idi. Dorsi gələcəkdə qlobal bir valyuta olacağını və bunun məhz Bitcoin olacağını söylədikdə alqışlanıb.

“Bir gün hansı bir quruma aid olmayan bir qlobal valyuta olacaq. Biz şirkətlər və fərdlər olaraq bunun baş verməsi üçün nə edə biləcəyimizə diqqət ayırmalıyıq. Ən böyük narahatlığım cəmiyyətin şəffaflığını itirməsidir, hər hansı bir qurumun bu cəmiyyətin açıqlığını və mükəmməlliyini təhdid etməsinə imkan verməməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276