BİRJA

Azərbaycan dövlət istiqrazlarının gəlirliliyi normal səviyyədədir
16 MAY
251

Azərbaycan dövlət istiqrazlarının gəlirliliyi normal səviyyədədir

2018-05-16 16:32:00

Dövlət istiqrazları dünyanın istənilən ölkəsində risksiz qiymətli kağızlar hesab olunur. Bu kağızların gəlirliyi ölkədə faizlərin müəyyənləşdirilməsində baza rolu oynayır. Son zamanlar Türkiyə tədiyyə balansı kəsirinin və siyasi riskin yüksəlməsinə paralel olaraq TL dəyər itirir və bu da TL bazlı dövlət qiymətli kağızlarının dəyərinin düşməsinə və gəlirliliyin yüksəlməsinə səbəb olub. Nəticədə TL bazlı İki illik dövlət istiqrazlarının illik gəlirliliyi 17.5%-ə yüksəlib. Azərbaycanda da devalvasiyadan sonra dövlət qiymətli kağızlarında gəlirlilik faizi 15-16% qalxmışdı. Bu Rusiyada da o dönəmlərdə yüksək idi. Lakin hazırda Azərbaycan və Rusiyada dövlət istiqrazlarının gəlirlilik faizləri olduqca normaldır. Bu sözləri Fins.az-a açıqlaması zamanı iqtisadçı ekspert Cəfər İbrahimli deyib.

Dövlət istiqrazlarının faizlərinin yüksək olması kimlərə xeyir kimlərə ziyandır?

Dövlət istiqrazlarını, vətəndaşlarla yanaşı banklar, investisiya şirkətləri və sığorta qurumları investisiya edir. Yüksək gelirlilik təbii ki, bu qiymətli kağızları investisiya edənlərin daha böyük gəlir qazanmasını təmin edir. Amma bir məsələdə var ki, bu borclanmanın xərcini çəkən dövlətdi faiz göstəricisi nə qədər çox olsa dövlət o qədər də çox faiz ödəməli olur. Eyni zamanda dövlət qiymətli kağızların gelirlik göstəricisi ölkədə əmanət və kredit faizlərinin də müəyyənləşməsini təmin edir deyə Cəfər İbrahimli bildirib. İqtisadçı ekspertin fikrincə faiz göstəricilərinin yüksək olması ölkənin iqtisadi vəziyyətinə bağlı olaraq artan risk faktorunu nəticəsidir. Heç bir ölkə faiz göstəricilərinin yuxarı olmasını istəmir çünki bu özəl sektorun əsaslı investisiyanın qarşısını alır. Bu mənadə dövlət borc alətlərinin faizin yüksək olması qisa müddətli investisiyalar baxımından yerli və xarici investorlar üçün yaxşıdır lakin hökumət üçün ziyanlıdır.

Türkiyə və Rusiya ilə müqayisədə demək olar ki, Azərbaycan dövlət qiymətli kağızları həm dövlət həm də investorlar üçün daha sərfəlidir?

Bu günki reallıqları nəzərə alsaq görərik Azərbaycanda və Rusiyada dövlət qiymətli kağızlarının gəlirlilik faizləri olduqca normaldır. Lakin Türkiyə dövlət qiymətli kağızları haqqında bunu demək olmaz. Xatırladaq ki, hazırda Türkiyədə iki illik dövlət istiqrazlarının gəlirliyi 17.5%, Rusiyada 6.7%, Azərbaycanda isə 8.5%-di.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256