Mayın 16-da dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,25% azalaraq 71,13 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar ya 0,14% ucuzlaşaraq 78,32 dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır