BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
15 MAY
152

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-05-15 17:21:00

15 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105008699 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 94.7422 AZN (11.0000%) və 100.0000 AZN (8.0000%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7643 AZN (9.2500%), orta ölçülmüş qiyməti 98.8814 AZN (8.6208%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 006 400,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  12 may 2020-ci  il.

Hərrac iştirakçıları 16 may 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254