BİRJA

Azərbaycanda ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
15 MAY
138

Azərbaycanda ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2018-05-15 10:07:00

Mayın 17-də Bakı Fond Bijasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manat məbləğində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 002.33 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fondun istiqrazlarının baza emissiya prospektini bu il martın 30-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 80 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların illik faiz dərəcəsi 3% təşkil edir. Buraxılışın 20 mln. manat təşkil edən I tranşı aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də olacaq. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257