BİRJA

Fridman: “Altcoinlərin əksəriyyəti yox olacaq”
14 MAY
184

Fridman: “Altcoinlərin əksəriyyəti yox olacaq”

2018-05-14 13:44:00

Maliyyə dünyası kriptovalyutalar mövzusunda iki hissəyə bölünüb. Varren Baffett, Çarli Manger kimi maliyyə sektorunun məşhur simaları Bitcoin-i siçan zəhəri adlandırırlar. Bunun əksini söyləyən mütəxəssislər daha çoxdur.

Dünyanın və ABŞ-ın ən böyük birjalarından olan “Nasdaq”-ın CEO-su Adena Fridman kriptovalyutaların iqtisadiyyat dünyasının gələcəyi olacağına inanır. Bu yöndəki fikirlərini həmişə bəyan edir.

O, mayın 9-da verdiyi açıqlamada Blockchain texnologiyası və kriptovalyutaların iqtisadiyyatdakı dəyişmənin ən əhəmiyyətli elementlərindən olacağını ifadə edib. Fridman gələcəkdə paylanmış dəftər texnologiyasıyla birlikdə kriptovalyutaların maliyyə sistemində təsirli şəkildə istifadə olunacağını bildirib.

“Hər şey texnologiya ilə çox tez dəyişir. Bizim işimiz innovasiyalara uyğunlaşmaq, onları mənimsəyərək sektorumuza gətirməkdir. Gələcək 10 ildə və daha sonra uğurun davamını təmin etmək istəyirik. Bir ortağımızla birgə kriptovalyutalar üçün gələcək müqavilələr üzərində işləyirik. Risk idarəetməsi testlərinə əhəmiyyət verərək doğru protokolları araşdırmağa davam edirik. Kifayət qədər tələb olarsa, məhsulu ortaya çıxaracağıq”.

“Carlyle Group”-un keçmiş idarəçisi Blockchain texnologiyasının ənənəvi maliyyə sisteminə inteqrasiya edilməsiylə sənayedəki risklərin və xərclərin minimuma endiriləcəyini söyləyib:

“Süni intellektə dair maraqlı işlər var. Blockchain texnologiyası riskləri azaldacaq. Beləliklə, bankların yükü getdikcə azalır. Bu, olduqca maraqlıdır!”

Kriptovalyutaların ənənəvi pulların növbəti versiyası olduğunu bildirən Fridman bazardakı altcoinlərin bir hissəsinin tənzimləmələrdən sonra yox olacağını iddia edir.

O, 2018-ci il aprelin 25-də çox əhəmiyyətli bəyanatlar vermişdi. Fridman rəqəmsal valyuta sektorundakı mümkün tənzimləmələrdən sonra kriptovalyuta birjası aça biləcəklərini vurğulamışdı.

“Blockchain texnologiyası və kriptovalyutaların iqtisadiyyatın növbəti pilləsi olduğunu düşünürəm. Ancaq tənzimləmələrdən sonra bəzi altcoinlər yox olacaq. Hazırda bazarda 1500-dən çox kriptovalyuta mövcuddur. Gələcəkdə onlardan çox az hissəsi qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257