BİRJA

Azərbaycanın inşaat müəssisəsi səhmdarlarına dividend ödəyəcək
14 MAY
177

Azərbaycanın inşaat müəssisəsi səhmdarlarına dividend ödəyəcək

2018-05-14 09:40:00

İyunun 24-də, saat 11:00-da “Avro-Asiya İnşaat Korporasiyası – “Evrascon” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Fins.az “Report”-a istinadən xəbər verir ki, yığıncaq müəssisənin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında (Nəriman Nərimanovun heykəlinin arxasında) olacaq.

Yığıncağın gündəliyinə “Evrascon”un 2017-ci üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın təsdiq edilməsi, dividendlərin hesablanması məsələləri daxildir.

Xatırladaq ki, “Avro-Asiya İnşaat Korporasiyası – “Evrascon” ASC 2003-cü ildən fəaliyyət göstərən “Azərkörpü” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 377 290 manatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276