BİRJA

“Xalq Sığorta” səhmlərini bahalaşdırıb
11 MAY
192

“Xalq Sığorta” səhmlərini bahalaşdırıb

2018-05-11 09:48:00

“Xalq Sığorta” ASC nizamnamə kapitalını 3,3% və yaxud 1 478 000 manat artıraraq 46 187 500 manata çatdırıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, kapital artımı şirkətin dövriyyədə olan 7,39 mln. ədəd səhminin nominal dəyərinin 6,05 manatdan 6,25 manata çatdırılması hesabına həyata keçirilib. 

Bunun üçün 2017-ci ildə əldə edilmiş xalis mənfəətdən istifadə olunub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256