BİRJA

Metak istiqrazlarının BFB-də təkrar bazarına başlanıldı
10 MAY
210

Metak istiqrazlarının BFB-də təkrar bazarına başlanıldı

2018-05-10 17:48:00

Bugündən etibarən “Met-Ak”MMC-nin istiqrazlarının ikinci buraxılışının (ISIN nömrəsi AZ2002020272) BFB-də təkrar bazarda ticarətinə start verilir. Bakı Fond Birjasından Fins.az-a verilən məlumata görə,Metak istiqrazlarının ilkin bazarda satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı BFB-də ticarətinin başlanmasının simvolizə edən “Açılış Zəngi” təşkil olunub.

Metak istiqrazlarının ticarəti BFB-nin Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemində (CETA) elektron ticarət platformasında həyata keçirilir.

Metak İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə müraciət oluna bilər.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı çərçivəsində Metak özünün ikinci buraxılışını həyata keçirib.

Əlavə məlumat üçün www.bfb.azsaytına daxil ola bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271