BİRJA

Litecoin yeni kampaniyaya başladı
09 MAY
258

Litecoin yeni kampaniyaya başladı

2018-05-09 11:23:00

Litecoin fondu kriptovalyutanın istifadə sahəsini və əməliyyat həcmini artırmaq üçün yeni kampaniya başladığını elan edib. Yazılan “tweet”-də “şirkətiniz Litecoin qəbul edirmi?” deyə sual verilib.

Məsələ ilə bağlı verilən sualı bir çox Litecoin investorunun görməsi üçün istifadəçilərə tövsiyələr verilib. Kampaniyanın əsas səbəbi Litecoin-in öz pilləsini EOS-a verməsidir.

Etherum tərəfindən dəstəklənən EOS-a yerini verən və 6-cı pilləyə enən Litecoin komandası itirdikləri mövqeyi geri qaytarmaq üçün çalışır. “Twitter” vasitəsilə başladılan “Pay With Litecoin” və “Litecoin Accepted Here” kampaniyaları ilə bu məqsədə nail olunması gözlənilir.

Litecoin-in insanlar arasında istifadə edilməsini təşviqi planlaşdırılır. Litecoin-in ödəniş vasitəsi olaraq geniş miqyasda qəbul edilməsi əsas hədəfdir.

Əlbəttə, Litecoin istifadə edən firmalar və işçilərin sayının artması bu baxımdan uğurludur. Məsələn, təxminən 2 həftə əvvəl “WikiLeaks Shop” ödəniş metodu olaraq Litecoin qəbul edəcəyini açıqladı. “WikiLeaks”-in təsisçisi Culian Essinc qeyri-mərkəzləşdirilməyə olan simpatiyası ilə tanınır. O, həmçinin blockchain texnologiyasını ciddi şəkildə dəstəkləyir.

Mövzu sosial mediada böyük müzakirə ovqatı yaradıb. Litecoin investorları kampaniyaya dəstək verirlər. Onlardan Con Moor bunları qeyd edib:

“Kredit kartlarını qəbul edən müəssisələr var. Belə bir halda layiq olduqları pulu təxminən 6 ay sonra qazanacaqlar. Litecoin ödəniş metodu olaraq qəbul edilərsə, bu problemlər aradan qalxar. Nəticədə, işlər daha yaxşı gedər!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256