BİRJA

Dünya Bankı: “Apreldə əmtəənin qiymətləri artıb”
08 MAY
233

Dünya Bankı: “Apreldə əmtəənin qiymətləri artıb”

2018-05-08 17:28:00

2018-ci ilin aprel ayında əmtəənin qiymətləri artıb. Fins.az “APA-Economics”ın məlumatına istinadən xəbər verir ki, Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında qeyd olunub ki, apreldə enerji qiymətləri 8,2%, qeyri-neft qiymətləri 1,8%, taxıl məhsullarının 5,1%, metal və mineralların qiyməti 2,3%, içkilərin qiyməti 2,4% artıb. Hesabat dövründə qiymətli metallar 0,7% bahalaşıb,  gübrənin qiymətində isə 0,7% azalma müşahidə olunub.

Qeyd edək ki, “Brent” markalı neft fevral ayında orta qiymətlə 65,4 dollar, mart ayında 66,5 dollar, aprel ayında 71,6 dollar təşkil edib. “WTI” neftinin orta qiyməti fevral aynda 62,2 dollar, mart ayında 62,8, aprel ayında isə 66,3 dollar təşkil edib.

Bundan başqa, fevralda qızılın bir unsiyasının qiyməti 1331 dollar, martda 1325 dollar, apreldə 1335 dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254