BİRJA

Ethereum yenidən 700 dolları keçdi
04 MAY
294

Ethereum yenidən 700 dolları keçdi

2018-05-04 14:53:00

Ethereum ən çox bazar dəyəri olan ikinci kriptovalyutadır. Ancaq qiyməti ciddi dəyişikliklərə məruz qalır.

Aprelin sonlarında 550-650 dollar arasında dəyişirdi. Hazırda 720 dollar olan Ethereum-un bu səviyyədə qalıb-qalmayacağı məlum deyil. Yüksəliş baş verərsə, 700 dollarlıq müqavimət göstəricisi qalıcı olacaq.

5.53% artımla 720 dollara yüksələn Ethereum son dəfə ötən ilin son rübündə bu səviyyəyə çatmışdı. Yanvarın ortalarında 1423 dollarla özünün rekordunu yeniləyən Ethereum bundan sonra ciddi eniş yaşadı. Aprelin 6-da ilin ən aşağı qiyməti – 368 dollar qeydə alındı.

Ethereum ilə bağlı proseslər bununla bitmir. “Reddit”-in həmtəsisçilərindən olan Ohanian ilin sonunadək Ethereum-un 15 min dollara yüksələcəyini bildirib. O, Bitcoin-in isə 20 min dollara qalxacağına inanır.

Bir neçə gün əvvəl “The Wall Street Journal” tərəfindən yayılan məlumatda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilə birlikdə Əmtəə Müddətli Əməliyyatlar Komissiyasının bir mox kriptovalyutanı qiymətli kağızlar” adı altında araşdıracağı qeyd olunub.

Ethereum və Ripple-ın qiymətli kağızlar hesab edilməsi durumu daha da mürəkkəbləşdirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260