BİRJA

İntiqam Səfərəliyev Rantye verilişində puldan pul qazanmağın yolları barədə danışdı
03 MAY
640

İntiqam Səfərəliyev Rantye verilişində puldan pul qazanmağın yolları barədə danışdı

2018-05-03 17:12:01

01 May 2018-ci il tarixində saat 17:00 – 18:00 aralığında Antenn FM radiosu vasitəsilə yayımlanan Rantye verilişinin ilk qonağı olmuş AzFinance İnvestisiya şirkətiinin direktor müavini İntiqam Səfərəliyev yay aylarında puldan pul qazanmağın yolları barədə məlumat vermişdir.

Bu AzFinance investisiya şirkəti tərəfindən təqdim edilən 4 aya 4% investisiya təklifi sayəsində mümkündür. Qeyd etmək lazımdır ki, vəsaitlər həm manatla, həmçinin də ABŞ dolları ilə yerləşdirilə bilər. ABŞ dollarında gəlirlilik illik 4% təşkil edir. Bununla Siz, yay istirahətinizi rahat keçirib, vəsaitlərinizin həm təhlükəsizliyini, həmçinin gəlirliliyini təmin etmiş olursunuz.

Verliş zamanı həmçinin investisiya anlayışı barədə İntiqam Səfərəliyev öz yanaşmasını bildirib. Belə ki, onun sözlərinə görə “İnvestisiya anlayışı, vəsaitlərin indi xərclənməyib, doğru yerləşdirmələr edilərək saxlanmasıdır. Bunun məntiqi isə ondadır ki, vəsait saxlanılaraq ondan daha çox qazanc əldə olunur”. Verilişin 1 may tarixli canlı efirinə baxmaq üçün Rantye proqramının facebook səhifəsinə (https://www.facebook.com/rantye101fm ) daxil olub, səhifəni izləyə bilərsiniz.

AzFinance investisiya şirkətinin 4 aya 4% qazanc imkanı barədə daha ətraflı məlumat almaq üçün  (012) 310 33 30 (012) 310 33 11 (012)310 33 22 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz və yaxud Nariman Narimanov pr. 206 ünvanında yerləşən şirkət ofisinə yaxınlaşa bilərsiniz.

AzFinance investisiya şirkəti 2014-cü ildə, müştərilərinə aktivlərin idarə olunması və brokerlik sahəsində, mərkəzlədirilmiş və qazanclı maliyyə xidmətləri göstərən şirkət olaraq formalaşdırılmışdır. Şirkət Azərbaycan Respublikası Qiymətli Kağızlar Komitəsi tərəfindən brokerlik, dilerlik və aktivlərin idarə edilməsi sahəsində xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdir.

Rantye verilişi dinləyicilərini maliyyə bazarları, investisiyalar, kriptovalyuta və blokçeyn mövzularında yeniliklər barədə məlumatlandıran bir proqramdır. Verilişi həftə içi hər gün saat 17:00 – 18:00 aralığında 101 fm dalğasında eyni zamanda Rantye verilişinin facebook səhifəsində canlı yayım vasitəsilə izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276