BİRJA

Beynəlxalq Valyuta Fondu 2018-2019-cu illər üzrə Azərbaycan neftin qiymətini proqnoz edib
03 MAY
317

Beynəlxalq Valyuta Fondu 2018-2019-cu illər üzrə Azərbaycan neftin qiymətini proqnoz edib

2018-05-03 16:32:00

Beynəlxalq Valyuta Fondu (BFV) 2018-2019-cu illər üzrə Azərbaycanın ixrac edəcəyi neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.  Beynəlxalq Valyuta Fondunun “Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə regional iqtisadi proqnoz” adlı hesabatına istinadən xəbər verir ki, cari ildə "AzeriLight" markalı neftin bir barelinin qiyməti 62 dollar təşkil edəcək.

Fondun proqnozlarına görə, gələn il dünya bazarında neft ucuzlaşacaq. Buna görə də BVF-nin qiymətləndirməsinə görə, gələn il Azərbaycan neftinin bir barelinin qiyməti 59,3 dollar təşkil edəcək. Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254