BİRJA

“Petkim” bu gün dividend ödənişinə başlayır
03 MAY
151

“Petkim” bu gün dividend ödənişinə başlayır

2018-05-03 13:06:00

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” bu gün dividend ödənişinə başlayır. Fins.azın məlumatına görə,“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət 1 Türkiyə lirəsi nominal dəyərində səhm üçün 0,306 lirə xalis mənfəət ödəyəcək.

Qeyd edək ki, dividend ödənişinin məbləği və tarixi bu il martın 30-da “Petkim”in 2017-ci il üzrə fəaliyyətinə dair İdarə Heyətinin iclasında elan olunub.

Şirkət 2017-ci ildə əldə etdiyi mənfəətindən səhmdarlara 690 mln. Türkiyə lirəsi məbləğində dividend ödəyəcək. “SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividendin məbləği 351,9 mln. lirə olacaq.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277