BİRJA

“CoinMarketCap”-dən vacib yenilik
03 MAY
95

“CoinMarketCap”-dən vacib yenilik

2018-05-03 10:34:00

Kriptovalyuta bazarları haqqında məlumat verən məşhur internet saytı “CoinMarketCap” ilk mobil tətbiqini hazırlayıb.

Şirkət qurulmasının 5 illiyini hələlik yalnız iOS istifadəçiləri üçün əlçatan olan yeni mobil proqram ilə qeyd edir. “CoinMarketCap” yüzlərlə fərqli coin və tokenin qiyməti, bazar dəyəri və əməliyyat həcmini birjalara əsasən siyahıya alır. Ən çox istifadə edilən saytlar arasında 174 sırada qərarlaşıb.

“CoinMarketCap”-ın bu günədək 60 milyon fərqli istifadəçi tərəfindən izlənildiyi bildirilir.

Saytın CEO-su Brendon Çez bunları deyib:

“Bu sahə son 5 ildə çox inkişaf edib və biz də onunla birgə peşəkar olduq. İstifadəçilərimizə təqdim etdiyimiz yeniliyin yaxşı sürpriz olacağını düşünürük”.

“CoinMarketCap” tətbiqi hazırda “iTunes” vasitəsilə pulsuz yüklənilə bilir. Şirkət həmçinin bir neçə gün əvvəl yeni loqosunu təqdim edib.

İnkişaf edən rəqəmsal aktivlər bazarında “CoinMarketCap”-ın da rəqibləri artır. Tanınmış məlumat privayderi “Thomson Reuters” bir neçə kriptovalyutanı platformasına əlavə edib. Şirkət həmçinin “CoinMarketCap”-ın daha az trafikə malik olan rəqibi “CryptoCompare” saytının infrastrukturuna dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276