BİRJA

EOS-da ciddi çatışmazlıq aşkarlandı
02 MAY
162

EOS-da ciddi çatışmazlıq aşkarlandı

2018-05-02 17:23:00

“CryptoCoinSpy”-da yer alan məlumata görə, “Chengu LiaAn Technology Co” adlı təhlükəsizliyin yoxlanılması şirkəti EOS-un ağıllı müqavilə sistemində “ciddi çatışmazlıq” aşkarlayıb. Şirkət bu zəif xüsusiyyəti şəxsi araşdırma platforması olan “Verification as a Service” (Vaas) vasitəsilə ortaya çıxarıb.

Sözügedən çatışmazlığın ERC20 tokenində olan “batchOverflow” səhvi ilə oxşar xüsusiyyətlərə sahib olduğu ifadə edilir.

“batchOverflow” hakerlərin ağıllı kontratın kodlaşdırmasında kiçik dəyişikliklər edərək limitsiz token çıxarmasını təmin edirdi.

“Belə səhvlər infrastruktur üçün heç də təhlükəsizliyin pozulması demək deyil”.

EOS-un baş texnologiya rəhbəri Den Larimer problemin aşkarlanmasına görə minnətdarlığını bildirib və onun təhlükəsizliyə təsir etməyəcəyini deyib. Larimer EOS infrastrukturunun özü ilə bağlı problem yaşamadığını əlavə edib.

“Bir ağıllı kontrakt platformasının tərtibatçıları səhv etməkdən yayındırmaq üçün imkanı yoxdur”, – deyən Larimer “Bu cür səhvlər infrastrukturdan qaynaqlanmır”, – deyə fikrini tamamlayıb.

Larimerin fikirləri heç də səhv deyil. Ancaq EOS blockchain-ində ağıllı müqavilə yaratmaq üçün lazım olan qeyri-adi məlumat texniki cəhətdən daha az istifadəçini kənarlaşdıra bilər.

Hər hansı bir zamanda və ya vəziyyətdə EOS-un sahib olduğu ağıllı kontrakt infrastrukturunun Ethereum-dakı ilə müqayisə olunub-olunmayacağı bəlli deyil.

EOS aprel ayı ərzində bazar dəyərini 18.35 milyard dollar civarına yüksəltməyi bacardı. Ancaq bazar dəyəri son gündə eniş yaşadı və hazırda 14.2 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276