BİRJA

Dünyanın 2-ci ən böyük birjasından kriptovalyutalara münasibət
26 APREL
200

Dünyanın 2-ci ən böyük birjasından kriptovalyutalara münasibət

2018-04-26 15:26:00

9 trilyon dollarlıq bazar dəyəriylə dünyadakı ən böyük ikinci birja olan “Nasdaq” nizamlı bir bazarda kriptovalyuta birjası olmağa heç də etiraz etmədiyini bildirib.

“CNBC” telekanalında yayımlanan “Squawk Box” proqramında iştirak edən “Nasdaq”-ın CEO-su Adena Fridmana kriptovalyutalar haqda, xüsusilə xüsusilə bir xidmət təmin edicisi olaraq qatılma mövzusunda “Nasdaq” rəhbərliyinin və özünün mövqeyi söruşulub.

Proqramın aparıcısı Kevin O’Liri bəzi insanların kriptovalyuta bazarına girərək zərər çəkdiyini qeyd edərək ən böyük problemlərdən birinin investorların birja daxilində likvidliyə sahib olmamasıyla əlaqələndirib. O’Lirinin cavabı isə belə olub:

“Kriptovalyuta sektoru tənzimlənməyib, buna görə də hələlik kriptovalyuta birjası olmaq istəmirik. Ancaq bu qəbildən olan birjalara texnoloji dəstək veririk”.

Fridmanın söylədiyi texnologiya “Nasdaq”-ın sahib olduğu “Gemini” tərəfindən tətbiq olunan kriptovalyuta vahidlərinin Bitcoin və Ethereum-da təqibini təmin edən bir izləmə texnologiyasıdır. O, sözlərinə belə davam edib:

“İnsanların investorlar üçün bərabər imkanlar təqdim edən, daha nizamlı bir bazar üçün hazır olduğunu görsək, kriptovalyuta birjası ola bilərik”.

Kriptovalyutalar haqdakı fikirləri isə belə olub:

“Əlbəttə ki, rəqəmsal valyutaların mövcudluğu davam edəcək. Əsl problem bu sahənin istənilən səviyyəyə çatması üçün lazım olan vaxtla bağlıdır. Tənzimləmələr vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276