BİRJA

Microsoft dünyada ikinci ən bahalı şirkətdir
26 APREL
195

Microsoft dünyada ikinci ən bahalı şirkətdir

2018-04-26 14:07:00

Microsoft  dəyərinə görə dünyada ikinci şirkət hesab olunur. Fins.az xəbər verir ki, 2015-ci ildən bu yana ilk dəfədir ki, şirkət bu nəticəni əldə edə bilib. Son statistikaya görə, şirkətin kapitalizasiyası 714 milyard dollar olub. Bu Alphabet və Amazon-nun göstəricilərindən 3 milyard dollar çoxdur. Microsoft üçün yalnız Apple əl çatan olmayıb. Belə ki, Apple-nin kapitalizasiyası 838 milyard dollar təşkil edir.

Microsoft-un uğuru, səhmlərinin dəyərinin openetlərinin səhmlərindən daha az ucuzlaşması olub. Məlumat üçün bildirək ki, Microsoftun səhmləri 2.5% ucuzlaşdığı halda Alphabetin səhmləri 5% , Amazonun səhmləri isə 3.8% ucuzlaşıb.

Hazırda aparıcı şirkətlərin dəyərləri aşağıdakı kimidir.

Apple       844,19 milyard dollar

Google     744,21 milyard dollar

Microsoft  720, 85 milyard dollar

Amazon    717,13 milyard dollar 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257