BİRJA

İDDİA: Bitcoin 700 min dollara yüksələcək
25 APREL
226

İDDİA: Bitcoin 700 min dollara yüksələcək

2018-04-25 16:44:00

23-cü ənənəvi “Sohn Investment” Konfransında çıxış edən Con Pfeffer Bitcoin-i qızılı taxtından endirəcək yeganə alternativ adlandırıb.

“Günümüzdə qızıl istifadə etmək axmaqlıqdır. Kosmik çağdayıq, ancaq hələ də bir metalı dəyər saxlama vasitəsi kimi istifadə edirik. Gələcəkdə bunu dəyişəcəyik və Bitcoin bunun əsasını təşkil edəcək. İşə yarayıb-yaramayacağını görəcəyik”. Fins.az xəbər verir ki, “CNBC”-yə açıqlama verən Pfeffer Bitcoin-in ən azı 90 min dollara çatacağını, hətta 700 min dollara yüksəlmək ehtimalının olduğunu iddia edib. Bitcoin və digər kriptovalyutaların risk sərmayəsi olaraq görülməsi lazım olduğunu ifadə edən mütəxəssis bunları deyib:

“Kriptovalyutalar bir anda çox yüksək qiymətə çata bilərlər”.

Bitcoin-in ehtiyat pul vahidi halına gələrsə, daha da yüksələcəyini bildirən Pfeffer 90 min dollarlıq göstəricinin tezliklə təmin olacağına inanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277