BİRJA

Məşhur milyarder: “Bitcoin dünya tarixinə düşəcək”
25 APREL
208

Məşhur milyarder: “Bitcoin dünya tarixinə düşəcək”

2018-04-25 10:12:00

Açıqlamaları ilə kriptovalyuta dünyasına öz damğasını vuran Tim Dreyper aprelin 23-də Bitcoin-in internetdən və nsanlığın inkişafına təsir edən digər hadisələrdən daha böyük olduğunu söyləyib.

Dreyper Bitcoin-i və Blockchain-i “Tesla”, “Hotmail” və “Skype”-ın lk yatırımlarıyla müqayisə edib. Bitcoin-in bu cəhdlərdən daha böyük olacağını, bu texnologiyanın tarixdə xüsusi iz buraxacağını vurğulayıb:

“Bitcoin dəmir dövründən, renessansdan və sənaye inqilabından daha böyükdür”.

Dreyper gələcək 5 ildə ənənəvi pullara ehtiyac olmayacağını söyləyib. “Beş il sonra qəhvə alan zaman ənənəvi pulla ödəniş etsəniz, Bitcoin-dən istifadə etmədiyiniz üçün sizə güləcəklər”, – deyə qeyd edib.

O, Bitcoin-in altcoinlərə qarşı apardığı uzun müddətli “kriptovalyuta müharibəsini” qazanacağını iddia edib.

Məşhur milyarder ötən ilin dekabrında hərracda aldığı 30 min Bitcoin-i hələ də saxlayır. Cari qiymətlə bu 270 milyon dollardan artıq pula bərabərdir.

Bitcoin açıqlamasında Bitcoin-in bu il 250 min dollaradək artacağını iddia etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254