BİRJA

Kriptovalyutalar maliyyə inqilabı yaradacaq
25 APREL
164

Kriptovalyutalar maliyyə inqilabı yaradacaq

2018-04-25 10:09:00

“JP Morgan” qlobal enerji əməliyyatları agentliyinin keçmiş prezidenti Daniel Masters kriptovalyutaların maliyyə inqilabının əsasını təşkil edəcəyini söyləyib.

Rəqəmsal investisiya bankı “Coinshares”-ə rəhbərlik edən Masters maraqlı açıqlamalarla yadda qalıb. O, internetin xəbərlər üçün gətirdiyi demokratiyanın paylanmış dəftər texnologiyasının P2P əməliyyatlarına gətirdiyini iddia edib:

“Onu (blockchain) inqilabi edən cəhət məhz budur”.

Mastersə ehtiyat pul sistemindəki “sızıntı” problem xatırladılıb. Belə durumda bir bankın sərmayəsinin müəyyən hissəsi aktivlərlə dəstəklənir. “JP Morgan”-ın keçmiş əməkdaşı tənzimləyici hovuzların vacibliyini ön plana çıxarıb:

“Kriptovalyutaların 1 trilyon dollara yaxınlaşması bir  anda tənzimləyicilərin, bankların və hökumətlərin diqqətini cəlb edib. Kriptovalyuta cəmiyyətində sızıntı olduğuna dair  hər hansı problem yoxdur. Fikrimcə, kriptovalyutaların böyük potensialı var”.

“Kriptovalyuta bazarı böyüyəcək”

Masters  kriptovalyutalarla ənənəvi maliyyə sistemi arasında heç vaxt böyük problemin yaşanmadığını bildirib:

“Məsələ maliyyə ekosistemindən kriptovalyutaların payına nə qədər düşəcəyi ilə əlaqəlidir. Bu dəyər 5% olsa, bazar indikindən daha böyük olar”.

Kriptovalyuta bazarı yüksəlmişdən öncə Masters Bitcoin-i “2018-ci ilin oyunu” adlandırmışdı. O, haçalanmanın olmadığı, spesifik xüsusiyyəti olan ICO-ları bəyəndiyini də əlavə edib. Mastersin 2012-ci ildən bu yana BTC sahibi olduğu bildirirlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254