BİRJA

İlk rübdə 6.2 milyard manat həcmində əməliyyat aparılıb - Qiymətli kağızlar
24 APREL
222

İlk rübdə 6.2 milyard manat həcmində əməliyyat aparılıb - Qiymətli kağızlar

2018-04-24 17:49:00

2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur. Əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilmişdir. Fins.az xəbər verir ki, törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutmuşdur ki, onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılmışdır. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olmuşdur.

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılmışdır. 2018-ci ilin I rübü üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260