BİRJA

Bu kriptovalyutanı alın – Zərər görməyəcəyinizə təminat var
24 APREL
261

Bu kriptovalyutanı alın – Zərər görməyəcəyinizə təminat var

2018-04-24 16:57:00

Kriptovalyuta sektorunda son vaxtlar fərqli şərtlər yaranıb. İnvestorlar onların hansı məna kəsb etdiyi və investisiyalarına necə kömək etdiyi barəsində maraqlıdırlar. Stablecoin zərər çəkməyinizin qarşısını alan yeganə kriptovalyutadır deyə ekdpertlər fikirləşir.

Nik Tomaynonun bildirdiyi kimi Stablecoin qiymət stabilliyi xüsusiyyətinə malik kriptovalyutaya verilən addır. Bu konsepsiya “sabit kriptovalyuta” adlanır.

Stablecoin ən çox ABŞ dollarına qarşı sabitdir. Bununla belə, bəzi tətbiqlər istehlak qiymətləri indeksinə keçməyə çalışır. Bitcoin və Ethereum kimi kriptovalyutalarının dəyişkənliyini nəzərə alsaq, bu istifadəçilər üçün problem yarada bilər. Kriptovalyutaların qəbul edilməsini əngəlləyən əsas faktorlardan biri də artan əməliyyat xərcləri və dəyişən qiymətlərdir. Bu durum bir çox şirkətin ödəniş forması kimi Bitcoin-dən uzaqlaşmasına səbəb olub.

Stablecoin-lər xüsusilə bəzilərinin ağıllı müqavilələrə uyğun olması səbəbindən blockchain-dəki maliyyə təcrübəsinin əsasını təşkil edə bilərlər. Ötən ildən bu yana Stablecoin-lərin Basecoin və Carbon kimi müəssisələrin bazara daxil olması ilə yüksəlməyə başlayıb.

Stablecoin-ə niyə ehtiyac var?

Bunun üçün əsl arqument dəyişkənliyə maneə yaratmasıdır. Bitcoin və Ethereum kimi kriptovalyutaların yerinə Stablecoin almaqla özünüzü bazarın gözlənilməzliklərindən xilas edərsiniz.

Məsələn, Bitcoin 8000 dollara satılırsa və dəyəri bir dollardan 8 min Stablecoin almısınızsa, BTC-nin qiymətinin enməsinə baxmayaraq, eyni qiymətini qoruyacaq. Həmin pulları istədiyiniz vaxt Bitcoin-ə çevirə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256