BİRJA

Bitkoinin qiyməti yenidən bahalaşıb
24 APREL
209

Bitkoinin qiyməti yenidən bahalaşıb

2018-04-24 11:56:00

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, onun qiyməti 4,4% artaraq 9 253 dollara  çatıb. 

Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib. 

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib. 

Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib və yalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət 9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi 421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə 30% çoxdur. 

Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda 37% təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257