BİRJA

Mütəxəssis: “Kriptovalyuta reklamlarının qadağası müvəqqətidir”
24 APREL
190

Mütəxəssis: “Kriptovalyuta reklamlarının qadağası müvəqqətidir”

2018-04-24 10:46:00

“LinkedIn”-in təsisçisi kimi tanınan Erik Li 2002-ci ildə Stanfordda təhsil alarkən öz kiçik komandası ilə “LinkedIn”-i yaratdıqdan əvvəl proqram mütəxəssisi idi. 2016-cı ildə “Microsoft”-a 26 milyard dollara satılan peşəkarlar üçün sosial media platformasını hazırlamışdan qabaq “IBM”, “NeXT” kimi şirkətlərdə çalışıb.

Mütəxəssis hazırda investorların kriptovalyutalarla bağlı dolğun qərarlar verməsinə kömək etmək üçün “nüfuz sistemi” hazırlayan ICO üzərində işləyir. Qısa müddət əvvəl kriptovalyutalara qoyulan qadağalar haqda danışıb.

“Facebook” və “Twitter” ICO reklamlarını qadağan etdi. Bunun səbəbi kimi potensial fırıldaqçılıq hadisələri göstərildi. Erik Li qərarla bağlı bunları deyib:

“Belə platformaların özləri üçün mühafizəkar yanaşmaları olduğuna inanıram. Son zamanlar Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) insanlardan və şirkətlərdən məlumat almaq üçün məhkəməyə cəlb olunmalarını istəyir. Fikrimcə, qadağalar müvəqqəti olacaq və tənzimləyici məsələ daha yaxşı müəyyən edildikdən sonra aradan qaldırılacaq”.

Li “LinkedIn” platformasında kriptovalyuta və ICO reklamlarına icazə verilməsi haqda vahid qərarın olmadığını bildirib. “LinkedIn”-in də digər platformalar kimi özünü qorumağının vacib olduğunu və veriləcək qərarın digər iki sosial media nəhənginin qərarlarına oxşamayacağını qeyd edib.

Erik Li yeni tətbiq üzərində çalışır

Linin kriptovalyuta etibar protokolu “Hub” adlandırılır. İdeya tətbiq olaraq etibarlılığı və məlumatları Blockchain-də yerləşdirmək və hər kəs üçün əlçatan olmğı təmin etməkdən ibarətdir. Li tətbiq haqda aşağıdakıları bildirib:

“Sosial şəbəkə kimi olacaq. Belə ki, yeni və mövcud olan bir çox müxtəlif növ tətbiqlərin əsasını təşkil edir. Bir çox fərqli sosial şəbəkədə və fərqli bazarlarda fəaliyyət göstərə biləcək bir inam təbəqəsini aktivləşdirməyə çalışırıq”.

“Hub” kriptovalyuta bazarı üçün əlverişli ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259