BİRJA

Ethereum-u Bitcoin-dən üstün edən - ƏSAS SƏBƏB
23 APREL
186

Ethereum-u Bitcoin-dən üstün edən - ƏSAS SƏBƏB

2018-04-23 15:36:00

“Genesis London Blockchain” konfransında açıqlama verən professor Emin Gün Sirər Bitcoin Blockchain-in Ethereum Blockchain şəbəkəsindən daha mərkəzi olduğunu ifadə edib.

Ethereum meydana gəldikdən bu yana yaranan spekulyasiyaların nəticəsi kimi əksər investorlar və tərtibatçılar Ethereum-u çox mərkəzi olmaqda tənqid edirlər.

Sirərin Kornell Universitetində apardığı araşdırmaya görə, Ethereum node-ları (qovşaqları) Bitcoin node-larına nisbətən şirkət və təşkilatlara daha az bağlıdır. Bu da Ethereum şəbəkəsinin şirkətlər deyil, insanlar tərəfindən işləndiyini göstərir.

“Əlimizdəki məlumatlara görə, Ethereum node-ları daha çox sahəyə yayılıb. Bitcoin-də isə node-ların 56%-i məlumat mərkəzlərindədir”.

Ethereum struktur etibarilə mərkəzsiz tətbiqləri işlətdiyi üçün Bitcoin-dən fərqlənir. Ethereum-un təsisçisi Vitalik Baterinin açıqlamasına görə, Ethereum şəbəkəsinin tamamilə həcmləndirilməsi 3-5 il vaxt tələb edir. Bu müddət “Plasma” ve “Sharding” həllərinin inkişaf sürətinə bağlıdır. “Sharding” mədənçilik əməliyyatının rəqabətini azaltmaq üçün bir həlldir. “Plasma” isə açıq kod olaraq hazırlanmış bir həlldir.

Digər tərəfdən, Sirər “Intel SGX” kimi yeni aparatların Blockchain texnologiyasını irəli apara biləcəyini iddia edir. O, mövzuyla bağlı bunları deyib:

“SGX maraqlı texnologiyadır. SGX kimi avadanlıq digər markalar altında da mövcuddur və SGX kimi xüsusiyyətləri təklif edir”.

Sirər bir çox sektorun Blockchain texnologiyasından istifadə edəcəyini düşünür. Ancaq texniki problemlərin həlli üçün müəyyən vaxtın lazım olduğunu bildirir:

“Blockchain bizə həqiqətən böyük imkanlar yaradan bir sistemdir. Köhnə variantlardan uzaqlaşıb bu sistemdən faydalana bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254