BİRJA

TRON və EOS-dan - REKORD
23 APREL
247

TRON və EOS-dan - REKORD

2018-04-23 15:32:00

TRON və EOS son vaxtlarkı artımını davam etdirirlər. Son 24 saatda bazarda hər hansı dramatik an baş verməyib.

Bitcoin ilə yanaşı TRON və EOS-da da uzunmüddətli artım var

Bir çox analitik Bitcoin-in 9200 dolları keçməsinin 11800 dollara çatmazdan əvvəl qısa müddətli 30% enişlə müşahidə olunacağını bildirir.

“Sentiment Analysis” seqmenti müəyyən kriptovalyutaların bazara münasibətini işıqlandırmaq üçün yaradılıb.

TRON (TRX) qiymət analizləri

TRON ötən həftə ərzində 27%-lik, son gündə isə 2%-lik artıma nail olub. 3,5 milyard dollarlıq bir bazar həcmiylə 0,05 dollar səviyyələrindən əməliyyat görür.

TRON ötən hətə Blockchain şəbəkəsinin bazara çıxarıldığı xəbərini verdi. Bazar həcmi baxımından ən böyük 13-cü kriptovalyuta olan TRON airdrop etməyə hazırlaşır. Ethereum-un təsisçisi Vitalik Baterin və TRON-un EO-su Castin San arasında onlayn şəraitdə anlaşmazlıq yaşanıb. İddialara görə, TRON-un 30 milyon TRX-i Ethereum birliyinə paylaması bu müzakirənin həll edildiyinin göstəricisidir.

TRON ilə bağlı şərhlər

Münhenli kriptovalyuta investoru Floriyan Gebhard bunları deyib:

“Aprelin 12-də Bitcoin təxminən 40 dəqiqə ərzində 7000 dollara çatdıqda birlik niyə kriptovalyutalar içində itdiyini bildi. TRON-a sərmayə qoymağımın yeganə səbəbi aktiv olmasıdır. Qiymətlərin sürətlə artacağına əminəm”.

Digər kriptovalyuta mütəxəssisi Aleks Steffanın TRON-la bağlı şərhi:

“TRX xüsusən iyundan etibarən başlayan yüksəlişini 2-4 dollar arasında dəyişərək davam etdirməlidir. Mayın 15-dən sonra artım gözləyin. Gələcək 2-3 həftədə sərmayə qoyanlar kiçik gəlirlər əldə edə bilərlər”.

TRON haqda fikir səsləndirənin 72%-i mayın sonunadək qiymətin artacağını, sonradan isə enəcəyini bildirir. Digərləri isə Bitcoin-in qiymətinin TRON-un qiymətinə təsir edəcəyini düşünür.

EOS qiymət analizləri

EOS ötən həftədə 37%-lik, son gündə isə 6%-lik artımla 11.5 dollara yüksəldi.

EOS ilə laqəli şərhlər

Əşrəf Divedi bunları söyləyib:“Bu ayın əvvəlində baş verən Ethereum-un enişindən sonra EOS əhəmiyyətli dəyər qazandı. İnsanlar maraqlanmağa başladılar. Litecoin 5-ci ən dəyərli kriptovalyuta oldu. Ethereum ölür, EOS onu öldürür”.

Elbey Martin isə EOS-la bağlı bunları vurğulayıb:

“Niyə yüksəlir? Kimsə bilirmi? LTC, BCH, XRP, ADA və hətta TRX kimi kriptovalyutalara baxın, hamısının böyük bazar dəyəri var. Bəs, EOS niyə yüksəlir? Bunu heç kim bilmir. Bu kriptovalyutada fərqli nəyinsə olduğunu düşünmürəm”.

EOS, son dövrdə əldə etdiyi qazancları ilə investorların bu artımın real bir dəyər olub-olmadığını düşünməsinə səbəb oldu. İnvestorlar EOS-un sürətlə artacağını və qiymətin 50-100 dollar arasında dəyişəcəyini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252