BİRJA

Manat yoxsa lirə iki ölkəni hansı valyuta birləşdirə bilər?
20 APREL
910

Manat yoxsa lirə iki ölkəni hansı valyuta birləşdirə bilər?

2018-04-20 13:44:00

Türkiyə və Azərbaycan arasında sıx ticarət əlaqələri var. Bu iki ölkə öz milli valyutalarında ticarət edə bilərlər? Fins.az-ın bu sualını iqtisadçı ekspert Samir Əliyev cavablandırıb.  Onun sözlərinə görə indiki vəziyətdə Türk lirəsinin ucuzlaşması Türkiyənin Azərbaycanla ixracına müsbət təsir edir. Bilirik ki, dollara nisbətdə lirə əhəmiyyətli dərəcədə ucuzlaşıb. Buna görə də manata da nisbətdə lirə ucuzlaşır. Türkiyə ilə dollarda ticarətin aparılması Türkiyənin ixracına müsbət təsir edir. Həmçinin Türkiyədən gələn malların nisbətən ucuzlaşmasına gətirib çıxarır. Bu istehlakçı üçün yaxşıdır. Belə olan halda Türkiyədən gələn mal daha ucuz olacaqdır. Amma istehsal üçün bu artıq problemlər yaradır. Bu zaman yerli istehsal Türkiyədən daha ucuz gələn mallarla müqayisədə çətinlik çəkəcək. Hər halda nəzərə almaq lazımdır ki, milli valyutada ticarətə belə keçsək istənilən halda bu qiymət dollara münasibətdə müəyyən olunacaqdır. Bizim Türk lirəsinə nisbətdə manatın məzənnəsi bir başa müəyyən olunmur. Bu zaman lirənin dollara olan məzənnəsi və manatın dollara olan məzənnəsi nəzərə alınır. Bunun əsasında çarpaz  məzənnə tapılır. Burda da məzənnə dollara əsasən müəyyən ediləcəkdir. Mən bunun bir faydasını görə bilmirəm. Lirənin ucuzlaşması Azərbaycanın Türkiyəyə ixracına mənfi  göstərir.  Lakin iki ölkə arasında olan ticarət şərtlərindən çox məsələlər asılıdır. Çünki ticarət əlaqələrində qiymətlərin necə müəyən olunması və s bu kimi çox mühüm şərlər var ki, bunuda ölkələr özləri müəyyən edir. Lakin bu iki ölkənn milli valyuta keçməsini elə də əhəmiyyətli hesab etmirəm. Fayda olsa-olsa Azərbaycana bizim idxalımızda Azərbaycandan dollar axınını azaldar yəni dollara olan tələbatı azaldar.

Qonşu ölkələrin milli valyutaları ucuzlaşır. Elə ola bilər ki bu ölkələrdə Azərbaycan manatı nüfuza malik olsun?

Manat yığım vasitəsi kimi olan valyuta deyil. Manat dollara nisbətdə sabit olsa da digər valyutalara misal üçün avroya və funt sterlinqə nisbətdə sabit deyil. Müəyyən qədər manata tələb arta bilər. Manatın bahalaşması hökumətədə sərf etmir. Çünki bu hal ölkə iqtisadiyyatına faydalı deyil.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259